Göyçay rayonunun Bığır kəndində, bir ağacın kölgəsində baş verən faciəvi hadisə kəndin sakinlərini dərindən sarsıdıb.
Den.az xəbər verir ki, hər gün olduğu kimi, bu dəfə də Müşfiq Şirinov günəşin ilk şüaları ilə birlikdə işə başlasada , lakin bu adi gün, onun ömrünün son səhifəsi olub.
50 yaşlı Müşfiq Şirinov, kənddə hər kəsin sevimlisi olub. Sakinlərin dediklərinə görə, o, təbiətə çox bağlı idi və hər fürsətdə bağçasında çalışmaqdan zövq alırmış. Ancaq öz bağında alça ağacından meyvə yığarkən ehtiyatsızlıqdan yıxılması onun həyatını sona çatdırıb.
Hadisə baş verən anda kənd camaatı köməyə tələssədə, təəssüf ki, Müşfiqin həyatını xilas etmək mümkün olmayıb. Onun sadə və səmimi təbiəti, kənddəki hər kəsin qəlbində iz buraxıb.
Gözlənilməz ölümün təsiri ilə kənd sakinləri bir araya gəlib, Müşfiqi son mənzilə yola salıblar. Bu faciəvi hadisə, həyatın nə qədər kövrək olduğunu bir daha xatırladıb və hər kəsə sevdikləri ilə daha çox vaxt keçirməyi, dəyər verməyi öyrədib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.