Güclü yanğın başlayıb,əraziyə yanğınsöndürənlər , polis və təcili yardım cəlb olunub.
DenMedia.az xəbər verir ki, hadisə nə qədər real görünsədə, bu Ağdaşda FHN –nin kompleks mülki müdafiə təlimindədir.
“2025 -cü il üçün Mülki müdafiə tədbirləri planı” na əsasən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəhbərliyi ilə Ağdaş rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.Təlimdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov,Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, aidiyyəti qurumlarının nümayəndələri, digər aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.Kompleks mülki madafiə təlimi şərti olaraq Ağdaş rayonunun ərazsində yaradılmış şərait üzrə üç mərhələdə təşkil olunub.Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.
Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Dəstəsinin, şəhərin aidiyyəti qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 208 nəfərdən ibarət şəxsi heyəti və 64 ədəd texnikası cəlb edilib,o cümlədən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzindən 80 nəfər şəxsi heyət ,6 ədəd texnika iştiraak edib.

