Bir çox insan hələ də inanır ki, yemək beş saniyədən tez yerdən götürülərsə, təhlükəsiz qalır. Lakin "Roskacestvo"nun Qida Təhlükəsizliyi üzrə Səlahiyyət Mərkəzinin mütəxəssisləri Telegram kanalında bu məşhur məişət mifini təkzib ediblər. Mikroblar “uyğun anı” gözləmir — onlar məhsulun səthinə saniyənin bir hissəsində düşür.
Niyə yerə düşən yeməyi xilas etmək olmur
Qida parçası çirkli səthə toxunan kimi, orada yaşayan mikroorqanizmlərlə dərhal kontakt yaranır. Məsələn, mətbəxdə tez-tez aşağıdakılar aşkar olunur:
-
salmonella
-
bağırsaq çöpü
-
listeriya
Bu bakteriyalar gözlə görünmür, lakin qida zəhərlənmələrinə səbəb ola bilər, — Roskaçestvo nümayəndələri xəbərdarlıq edib.
Hansı məhsullar daha çox mikrob “yığır”
Burada əsas rol rütubətə məxsusdur. Qarpız və ya yağlı sendviç kimi nəm məhsullar daha tez çirklənir. Quru məhsullar isə nisbətən az bakteriya saxlayır, amma bu, onların yerə düşdükdən sonra təhlükəsiz olduğu anlamına gəlmir.
Səthin növü də vacibdir. Maraqlıdır ki, xalça və kovrolit plitə və laminata nisbətən daha çox çirk toplayır.
“Yerə düşmüş istənilən yemək atılmalıdır. Hətta ‘bir saniyə qalıbsa’ və ‘təmiz görünürdüsə’ belə. Sağlamlıq bir neçə qırıntıdan daha önəmlidir”, — deyə mütəxəssislər vurğulayıb.

