Qazaxda minik avtomobili "TIR"-a çırpılıb, xəsarət alanlar var
Denmedia.az xəbər verir ki, Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonunun Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin "TIR" tipli yük maşınına çırpılması nəticəsində 1998-ci il təvəllüdlü V.Göyüşova, 2006-cı il təvəllüdlü R.Hacımahmudov və 2010-cu il təvəllüdlü G.Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

