18 
avq
2023
05:18
403

Kolumbiyada DƏHŞƏTLİ ZƏLZƏLƏ: Ölən və yaralananlar var

18 avq, 2023
05:18
403

Kolumbiyada DƏHŞƏTLİ ZƏLZƏLƏ: Ölən və yaralananlar var - FOTO

Kolumbiyanın paytaxtı Boqotada 6,3 bal gücündə zəlzələ baş verib, azı bir nəfər ölüb, xəsarət alanlar var.

Bu barədə "Den.az" “Reuters”ə istinadən xəbər verir.


Zəlzələnin episentrinin paytaxtın cənub-şərqində yerləşdiyi bildirilir. Bir neçə nəfər ev əşyalarının aşması nəticəsində xəsarətlər alıb.


Kolumbiya Konqresi zəlzələnin bir neçə gips dekorasiyasını qopardığı Nümayəndələr Palatasına ziyan dəydiyini bildirib.


Ölkənin Mülki Müdafiə Agentliyi sakinlərin paytaxtın cənub-şərqindəki bütün Kalvario bələdiyyəsindən təxliyə edildiyini bildirib. Zəlzələ nəticəsində ərazidəki pəncərə və qapılar zərər çəkib.


Zəlzələdən sonra Villavisensio şəhərində də sürüşmələr qeydə alınıb. Kolumbiyalı seysmoloqların sözlərinə görə, zəlzələdən sonra bir neçə dəqiqədən sonra afterşoklar qeydə alınıb. Kolumbiyanın Milli Geoloji Xidməti ikinci zəlzələni 5,6 maqnituda gücündə, sonrakı zəlzələni isə 4,8 maqnitudada gücündə qiymətləndirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar