"Caribbean Princess" kruiz gəmisində kütləvi bağırsaq infeksiyası yayılıb.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Məlumata görə, gəmidə olan 4 mindən çox sərnişin və heyət üzvündən 115 nəfər norovirusa yoluxub.
Sanitar qurum bildirib ki, virus güclü qusma və ishala səbəb olur.
Bu səbəbdən yoluxan şəxslər dərhal təcrid edilib.
Kruiz gəmisi aprelin 28-də Florida Florida ştatından yola düşüb və yalnız mayın 11-də Kanaveral limanına qayıtmalıdır.
Gəminin daha iki gün dənizdə qalacağı, bu müddətdə tibbi heyətin vəziyyəti nəzarətdə saxlayacağı qeyd olunub.
Hadisənin bu il ABŞ kruiz gəmilərində qeydə alınan dördüncü genişmiqyaslı mədə-bağırsaq infeksiyası olduğu bildirilib.

