Hindistanın Maharaştra ştatında polis artıq doqquz kişini aldadan saxta gəlini və onun əlbir olduğu şəxsləri axtarır. Bu barədə “Nyus 9 Layv” yazır.
Dələduz qrupla bağlı araşdırma Yogeş Şindenin şikayəti əsasında başlayıb. O bildirib ki, həyat yoldaşını evlilik agentliyi vasitəsilə tapıb. Kişi heç nədən şübhələnməyib, lakin bir neçə gün sonra yeni evləndiyi qadın onun pulları və zinət əşyaları ilə birlikdə qaçıb. Ona bu qadını seçən agentlərlə əlaqə saxlamaq da mümkün olmayıb.
Məlum olub ki, Şinde dələduzların doqquzuncu qurbanı olub. O, qadının əvvəlki evliliklərindən xəbərsiz olduğunu deyib. Qadın yalnız qazanc əldə etmək məqsədilə ərə gedirmiş.

