Yaponiyada ayı hücumu nəticəsində Rusiya vətəndaşı xəsarət alıb. Hadisə Tokionun kənarında yerləşən Okutama şəhəri yaxınlığındakı meşə cığırında baş verib. Bu barədə NihonTV telekanalı məlumat yayıb.
Kişi operativ şəkildə təxliyə olunaraq xəstəxanaya yerləşdirilib.
Xilasedici xidmətlərin məlumatına görə, zərərçəkən özü polisə zəng edərək üz və əl nahiyəsindən xəsarət aldığını bildirib. Onun daşınması üçün helikopter cəlb olunub və Rusiya vətəndaşı yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb.
Məlumata görə, onun həyatı üçün təhlükə yoxdur. Telekanalın bildirdiyinə əsasən, kişi, böyük ehtimalla, haykinqlə məşğul olurmuş.

