Barselona metrosunda “Klot” və “Qlories” stansiyaları arasında yanğın baş verib.
Qatarın maşinisti alovu 50 metr məsafədən görərək təcili əyləci basıb və fövqəladə xidmətlərə məlumat verib.
Lakin vaqonları qalın tüstü bürüdüyü üçün sərnişinlər qapıları açaraq tunellə qaçmağa başlayıblar. Hadisə zamanı qatarda təxminən 300 nəfər olub.
Metro operatorunun direktoru bildirib ki, yanğın üzlük konstruksiyasının çökməsindən sonra başlayıb.

