Nyu-Yorkda Pensilvaniya vağzalı yaxınlığında qatarın yanması nəticəsində 5 nəfər xəsarət alıb.
Bu barədə Associated Press məlumat yayıb.
“Nyu-Yorkda Pensilvaniya vağzalı yaxınlığında Amtrak şirkətinə məxsus xidməti qatarda baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb”, deyə məlumatda qeyd olunub.
Hadisə səbəbindən Nyu-York və Nyu-Cersi arasında qatarların hərəkətində pozuntu yaranıb.

