Rusiya Federasiyasının Altay Respublikasında ayı turistlərin çadırına hücum edərək 29 yaşlı qadını meşəyə aparıb və öldürüb.
Hadisə Artybaş kəndində yerləşən turist bazasında baş verib.
TASS-a fövqəladə xidmətlərdən verilən məlumata görə, ayı çadıra yaxınlaşaraq qadını oradan çıxarıb və meşəyə aparıb.
Qadın aldığı xəsarətlərdən həyatını itirib.

Yerli sakinlər ona kömək etməyə çalışsalar da, ayı insanlara tərəf atıldığı üçün müdaxilə etmək mümkün olmayıb. Polis ölən qadının 29 yaşında olduğunu bildirib.

Hadisədən sonra heyvanın taleyi ilə bağlı qərarın verilməsi məsələsi müzakirəyə çıxarılıb. Region prokurorluğu isə faciənin bütün hallarının müəyyənləşdirilməsi üçün yoxlamaya başlayıb.

