Xaçmaz rayonunun Qaraçı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az AZƏRTAC-a istinadla xəbər verir ki, Rəşad Məmmədsəidovun idarə etdiyi “Mercedes” markalı avtomobil 17 yaşlı Böyükağa Abbasovu vurub.
Ağır xəsarətlər alan gənc həyatını itirib.
Şahidlərin sözlərinə görə, hadisə gecə saatlarında baş verib. Böyükağa Abbasov kompüter oyun klubundan çıxaraq evə gedirmiş.
17 yaşlı gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecinin tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.

