Hindistanın Qərbi Benqal ştatında Qanq çayı 150 illik tarixi məbədi dağıdaraq sularına qərq edib.
“Reuters”in məlumatına görə, söhbət Şiva tanrısına həsr olunmuş məbəddən gedir. Yerli sakinlər hadisəni çayda suyun səviyyəsinin anomal dərəcədə yüksəlməsi və sahilboyu ərazilərdə güclü eroziyanın baş verməsi ilə əlaqələndirirlər.
Təbii proseslər təkcə tarixi məbədlə məhdudlaşmayıb. Ərazidə yaşayış evlərinə və kənd təsərrüfatı sahələrinə də ziyan dəyib. Yerli medianın məlumatına görə, bir sıra ictimai tikililər də zərər görüb.

