ABŞ-nin Luiziana ştatının Lafayet şəhərində kanalizasiya quyusunda təxminən iki gün qaldığını deyən kişi təsadüf nəticəsində xilas edilib. Bu barədə yerli HOT 107.9 radiostansiyasının saytı məlumat yayıb.
Hadisə gündüz saatlarında West Pont Des Mouton Road ərazisində baş verib. Yoldan keçən şəxs kanalizasiya lyukundan bayrağın çıxdığını görərək aidiyyəti xidmətlərə məlumat verib.
Hadisə yerinə yanğınsöndürənlər də daxil olmaqla xilasedicilər cəlb olunub. Onlar yeraltı yağış sularının axıdılması sistemində bir kişinin olduğunu müəyyən edərək aşağıya nərdivan endiriblər və onu oradan çıxarıblar.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, kişi kanalizasiya quyusunda təxminən iki gün qaldığını bildirib.
Onun ora necə düşdüyü isə hələlik məlum deyil.

