Fransanın İl-de-Frans regionunda yuxarı sinif şagirdlərinin etirazları zamanı 15 məktəbə ziyan dəyib.
RMC radiosunun efirində İl-de-Frans regionunun rəhbəri Valeri Pekres bildirib ki, etiraz aksiyaları təxminən 40 liseyin fəaliyyətini pozub, hadisələr nəticəsində isə 20 nəfər xəsarət alıb. Onun sözlərinə görə, 15 təhsil müəssisəsində vandalizm aktları qeydə alınıb.
Pekres liseylərin binalarına dəymiş ilkin maddi ziyanın 200 min avro olduğunu açıqlayıb.
“Təxminən 40 liseyin fəaliyyəti iflic olub, 20 nəfər xəsarət alıb. 15 məktəbdə vandalizm aktları qeydə alınıb”, — deyə Valeri Pekres bildirib.

