Sumqayıtda intihara cəhd olub.
“Den.az” xəbər verir ki, hadisə şəhərin 14 mərtəbə kimi tanınan yaşayış binasında baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Elnur Şıxəliyev 14 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.
Dərhal əraziyə FHN-nin Sumqayıt Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsi və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Elnur Şıxəliyevlə fərdi söhbətlər aparılıb. İntihara cəhdin qarşısı alınıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.