Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı” (IPCP) çərçivəsində Bakıda məsləhətləşmə görüşü təşkil olunub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüş NATO-nun Operativ İmkanlar Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramının mühüm hissəsidir. Tədbirdə bu ilin iyun ayında ölkəmizdə keçirilməsi planlaşdırılan “birinci səviyyəli özünüqiymətləndirmə” (SEL-1) təlimlərinə hazırlıq və planlaşdırma barədə məlumat təqdim edilib.

Görüşün əsas məqsədi – Müdafiə Nazirliyinin nümayəndələri və xarici ekspertlərin iştirakı ilə – yaxın zamanda Operativ İmkanlar Konsepsiyası proqramına daxil edilmiş bölmələrin döyüş hazırlığının, təminat və təchizat səviyyəsinin, eləcə də NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi üçün tərtib olunmuş sualların dəqiqləşdirilməsi və təsdiqidir.

