İsrail hesab edir ki, Donald Tramp yaxın günlərdə İranla bağlı atəşkəs elan edə bilər.
Bu barədə Ynet portalı məlumat yayıb. Bildirilir ki, İsraildə ABŞ prezidenti Donald Trampın ya bu həftəsonu, ya da ən gec gələn həftənin ortasına qədər belə bir açıqlama verəcəyi gözlənilir.
“İsrail hesab edir ki, Tramp yaxın günlərdə atəşkəs elan edə bilər.”
Məlumata görə, Vaşinqton bir aylıq atəşkəsə nail olmağa çalışır və hətta bunu birtərəfli qaydada elan etmək ehtimalı da var. Bu arada isə İsrail hərbi əməliyyatların intensivliyini artırmaqda davam edir.
Paralel olaraq, diplomatiya və hərbi planlar eyni vaxtda işlənir.
İsrailli rəsmi şəxsin sözlərinə görə, Tramp münaqişəni bitirmək niyyətindədir, lakin bu baş tutmasa, alternativ ssenari də nəzərdən keçirilir.
“Tramp həqiqətən bunu bitirmək istəyir. Əgər alınmasa, Xark adasının ələ keçirilməsi variantı var.”
Məlumata görə, ABŞ bu ssenariyə də hazırlaşır.

