Nigeriyanın Plateau ştatında silahlı hücum nəticəsində 9 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Yerli mətbuatın məlumatına görə, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən silahlı şəxslər ştatın Barkin Ladi bölgəsində ətrafa atəş açıblar.
Hücumu törədən şəxslərin kimliyi barədə hələlik məlumat verilməyib.
Nigeriya ordusu isə Plateau ştatının Şere, Qvafan və Maza bölgələrində silahlı dəstə üzvlərinə qarşı əməliyyat keçirib. Əməliyyatlar zamanı 11 nəfər saxlanılıb.
Qeyd edək ki, iyul ayında da Plateau ştatında silahlı dəstələrin hücumları nəticəsində təxminən 10 nəfər həyatını itirib.
Nigeriya uzun müddətdir silahlı dəstələrin, həmçinin “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP-ın hücumlarına məruz qalır.

