Beşqat NBA çempionu və ABŞ millisinin keçmiş baş məşqçisi Don Nelson 87 yaşında dünyasını dəyişib.
Jurnalist Mark Steynin ailənin açıqlamasına istinadən verdiyi məlumata görə, Nelson bazar günü səhər saatlarında ailəsinin əhatəsində vəfat edib.
Basketbolçu kimi “Chicago Zephyrs”, “Los Angeles Lakers” və “Boston Celtics” klublarında çıxış edən Nelson “Boston”un heyətində 5 dəfə NBA çempionu olub.
Oyunçu karyerasını başa vurduqdan sonra “Milwaukee Bucks”, “Golden State Warriors”, “New York Knicks” və “Dallas Mavericks” komandalarını çalışdırıb. Nelson 1983, 1986 və 1992-ci illərdə NBA-də ilin ən yaxşı məşqçisi seçilib.
1994-cü ildə onun rəhbərliyi altında ABŞ millisi dünya çempionu olub.
Don Nelson 2012-ci ildə Basketbol Şöhrət Zalına daxil edilib.

