Bu ilin yanvar ayında Azərbaycan 3 331 ton ət idxal edib. İdxalın ümumi dəyəri 8 milyon 208 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalının həcmi 759,8 ton (18,6%) azalıb. İdxala çəkilən xərclər isə 885 min dollar (9,7%) aşağı düşüb.
Hesabat dövründə ət idxalına çəkilən vəsait Azərbaycanın ümumi idxal xərclərinin 0,6 faizini təşkil edib.

