ABŞ Maliyyə Nazirliyi martın 20-dək tankerlərə yüklənmiş İran neftinin satışına icazə verib. Müvafiq ümumi lisenziya qurumun rəsmi saytında dərc olunub.
Sənəddə qeyd olunur ki, göstərilən tarixədək yüklənmiş neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara icazə verilir. Bu cür əməliyyatlar bir ay müddətində – aprelin 19-dək həyata keçirilə bilər.
Beləliklə, Vaşinqton İran yanacağı ilə bağlı əməliyyatların tamamlanması üçün əlavə vaxt tanıyıb. Qərar artıq qüvvəyə minib.

