Bitcoin qiyməti gərginliyin artması fonunda 69 min dollardan aşağı düşüb. Bu barədə Bloomberg məlumat yayıb.
Bazar günü kriptovalyuta 3,3% ucuzlaşaraq təxminən 68 150 dollaradək geriləyib və bu, mart ayının əvvəlindən bəri ən aşağı səviyyədir.
Ether təxminən 5% dəyər itirərək 2050 dollara düşüb, eyni zamanda Solana, XRP və Cardano da ucuzlaşıb.
Müharibə başlayandan bəri Bitcoin ümumilikdə təxminən 20% dəyər itirib. Ekspertlər bildirir ki, enerji qiymətlərinin artması və mayninq xərclərinin yüksəlməsi bazara əlavə təzyiq göstərir.
Bundan əlavə, geosiyasi gərginlik və ABŞ-da kriptotənzimləmə ilə bağlı gözləntilərin azalması riskləri artırır və kriptovalyutaların “təhlükəsiz liman” statusunu sual altına qoyur.

