Financial Times-ın məlumatına görə, İrandakı münaqişə qlobal bazarda fıstıq qiymətlərinin kəskin artmasına səbəb olub. İran dünya istehsalının təxminən beşdə birini, ixracın isə 25–30 faizini təmin edir.
Məlumata əsasən, logistik problemlər — xüsusilə gəmi marşrutlarının dəyişdirilməsi — tədarük zəncirini pozub. Mart ayında qiymətlər 2018-ci ildən bəri ən yüksək səviyyəyə, yəni təxminən 4,57 dollar/450 qrama çatıb.
Münaqişə fonunda ixrac əsasən Bəndər-Abbas limanı vasitəsilə çətinləşib, alternativ marşrutlar isə daha bahalı və mürəkkəbdir.
Eyni zamanda, 2025-ci il məhsulu ABŞ, Türkiyə və İranda gözləntilərdən aşağı olub. İranda quraqlıq da istehsala mənfi təsir göstərib. Artan tələbin səbəblərindən biri isə püstə kremli “Dubai şokoladı”nın populyarlığı göstərilir.

