"Maliyyə bazarlarının hazırkı vəziyyəti qumar oyunlarını xatırladır".
Bu fikri 95 yaşlı amerikalı investor Uorren Baffett CNBC-yə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, investorların “oyunvari” davranışı bir çox mütəxəssisdə narahatlıq yaradır. Baffett bildirib ki, insanlar heç vaxt indiki qədər riskə meyilli olmayıb və bu, maliyyə mühitini qeyri-sabitləşdirir.
İnsanlar kilsədən kazinoya və yenidən geri gedə bilər. Mən deyərdim ki, hələ də kilsədə olanlar çoxdur, amma kazinonun cazibəsi xeyli artıb. Biz heç vaxt insanların bu qədər qumar əhvalında olduğunu görməmişik, deyə o qeyd edib.

