ABŞ və İsrailin İranla münaqişəsi səbəbindən dünya biznesi 25 milyard dollar itirib. Zərərin həcmi isə artmaqda davam edir.
Bu barədə Reuters agentliyi ABŞ, Avropa və Asiya birjalarının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, münaqişə başladıqdan sonra şirkətlər enerji qiymətlərinin kəskin artması və təchizat zəncirlərinin pozulması ilə üzləşiblər.
Təhlil göstərir ki, azı 279 şirkət müharibəni maliyyə nəticələrini yumşaltmaq üçün tədbirlər görməyə, o cümlədən qiymətləri artırmağa və istehsalı azaltmağa səbəb kimi göstərib,— deyə nəşrdə bildirilir.

