Türkiyə bu gün iyulun 1-dən etibarən beynəlxalq gəmilərin Bosfor və Dardanel boğazlarından tranzit keçidi üçün ödənişi artırıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qərarına əsasən, boğazlardan keçid haqqı təxminən 15 faiz artırılıb.
Yeni tarifə görə, ödəniş hər ton üçün 5,83 dollardan 6,7 dollara qaldırılıb. Hesablama gəmilərin xalis tonnajı əsasında aparılacaq.
Bildirilir ki, yeni tarif 30 iyun 2027-ci ilədək qüvvədə olacaq.
Nazirliyin məlumatına görə, 2024-cü ilin iyulundan 2025-ci ilin iyununadək gəmilərin tranzitindən əldə olunan gəlir 223 milyon dollar təşkil edib. Növbəti illik dövrdə bu məbləğin 254 milyon dollara yüksələcəyi gözlənilir.
Qeyd olunur ki, 2025-ci ildə Bosfor və Dardanel boğazlarından 40,17 mindən çox gəmi keçib.

