Dünyanın ən böyük suveren sərvət fondunun idarəedici şirkəti olan və aktivləri təxminən 2,3 trilyon dollar təşkil edən Norveç fondunun ABŞ xəzinə istiqrazlarına yatırımlarını 80 milyard dollar azaltmaq təklif olunub. Bu barədə “Financial Times” Norges Bank Investment Management-ın (NBIM) məktubuna istinadən məlumat yayıb. Səbəb kimi digər borc alətləri hesabına gəlirliliyin artırılması istəyi göstərilir.
Məqalədə bildirilir ki, NBIM fondun istiqrazlar üzrə baza indeksində ABŞ dövlət qiymətli kağızlarının payını 70 faizdən 50 faizə endirməyi tövsiyə edib. “Financial Times”ın hesablamalarına görə, plan həyata keçirilərsə, portfeldəki dövlət istiqrazlarının ümumi həcmi təxminən 106 milyard dollar azalacaq və bunun əsas hissəsi məhz ABŞ qiymətli kağızlarının payına düşəcək. Hazırda onlar portfelin 26 faizindən bir qədər azını təşkil edir.
İqtisadçılar bu qərarı ABŞ ilə İran arasındakı müharibə fonunda inflyasiya ilə bağlı narahatlıqlarla əlaqələndirirlər. ABŞ xəzinə istiqrazlarının gəlirliliyi maliyyə naziri Skott Bessentin bazara təsir göstərmək cəhdlərinə baxmayaraq, son illərin ən yüksək səviyyələrində qalır.
Denmedia.az

