Xaçmaz rayonunun Çaykənarı kəndində qətl hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, kənd sakini, 42 yaşlı Həqiqət Məmmədova oğlu tərəfindən bıçaqlanıb.
Mərhumun doğmaları bildirib ki,yeniyetmə anasının telefon işlətməsinə qarşı olub, bu səbəbdən ana il oğul arasında dəflərlə mübahisə yaşanıb. Sonuncu mübahisədən sonra qadın kənddə yerləşən qohumuna məxsus evə gedib, lakin yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub. Qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib.
Müxtəlif xəsarətlər alan qadın Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətl hadisəsi törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başladılıb, istintaq araşdırmaları aparılır.
Nüşabə Baxşıyeva
Denmedia.az

 
        
         
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                