OpenAI rəhbəri Sem Altmanın evinə “Molotov kokteyli” atılıb. Bu barədə Bloomberg məlumat yayıb.
Hadisə nəticəsində evin qapıları alovlanıb. Xəsarət alan yoxdur. San-Fransisko polisi 20 yaşlı şübhəlini saxlayıb. Agentliyin məlumatına görə, həmin şəxs daha əvvəl şirkətin baş ofisini yandırmaqla hədələmişdi.

