Bakının Nəsimi rayonunda yerləşən özəl klinikalardan birində 5 000 manat mənimsəməkdə şübhəli bilinən kassir saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 29 yaşlı L. Məmmədova müəyyən edilərək tutulub.
Araşdırma zamanı məlum olub ki, o, klinikada kassir işlədiyi müddətdə müxtəlif vaxtlarda və hissə-hissə pul vəsaitlərini mənimsəyib.
Faktla bağlı araşdırma davam etdirilir.

