İyulun 30-u saat 20 radələrində Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, 39 yaşlı Sabir Camalov münaqişə zəminində 35 yaşlı Orxan Yusubovu bıçaqlayıb. O. Yusubov aldığı xəsarətlərdən ölüb.
Hadisəni törədib qaçan S. Camalov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

