Xırdalan şəhərində mübahisə zamanı qətl hadisəsi törədilib.
Denmedia.az əməkdaşının əldə etdiyi məlumata görə, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsi 91 ünvanında baş verib.
İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu Ceyhun adlı şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
Belə ki, hadisədən əvvəl Ayxan adlı şəxslə mərhumun qardaşı Rusif arasında mübahisə yaranıb. Rasif Abdullayev mübahisəni sakitləşdirməyə çalışıb. Bu zaman Ayxanla birlikdə hadisəyə müdaxilə edən Ceyhun adlı şəxs üzərində gəzdirdiyi bıçaqla Rasif Abdullayevə ürək nahiyəsi və bədəninin müxtəlif hissələrindən çoxsaylı zərbələr endirib.
31 yaşlı Rasif Abdullayev ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin digər təfərrüatları araşdırma zamanı dəqiqləşdiriləcək.

Rasif Abdullayev

Ceyhun-Hadisəni törədən şəxs
Nizami Rəsulov
Denmedia.az

