Azərbaycanda polis əməkdaşları tərəfindən sentyabrın 21-də qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan isə 6 cinayətin üstü açılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən sutka ərzində axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Onlardan 100 nəfəri borclu kimi axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah və sursatla bağlı isə 8 fakt müəyyən edilib. Müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 49 nəfər saxlanılıb.
Keçirilən tədbirlər nəticəsində ailə üzvlərinə xəbər vermədən evdən gedərək itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti qurumlara təhvil verilib.
Həmçinin dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polisin keçirdiyi əməliyyat tədbirləri zamanı 21,6 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Bundan əlavə, ümumi çəkisi 1 ton olan, tərkibində narkotik maddələr saxlayan 570 ədəd yabanı halda bitən bitki aşkar edilərək məhv edilib.
Bakı və ölkənin müxtəlif rayonlarında keçirilən tədbirlər zamanı 1 avtomat, 1 tapança, 9 qumbara, 9 alışdırıcı, 6 tüfəng, 1 daraq və müxtəlif çaplı 75 patron aşkar edilərək götürülüb.
DİN-dən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və sursatın aşkar edilərək götürülməsi, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

