Qəlyan çəkmək xərçəng riskini iki–beş dəfə artırır. Bu barədə RT-yə SPb NİİF torakal onkologiya şöbəsinin müdiri Andrey Nefedov məlumat verib. Mütəxəssis vurğulayıb ki, qəlyanın siqaretdən “daha təhlükəsiz” olması barədə fikir tamamilə mifdir.
Onun sözlərinə görə, insanlar hesab edir ki, guya tüstü sudan keçərək təmizlənir, amma əslində su tütünün qızdırılması zamanı ayrılan kanserogen və toksik maddələri saxlamır.
Nefedov bildirib:
“Bir qəlyan sessiyasında insan 50–100 siqaretə bərabər nikotin qəbul edə bilər.”
Həkim əlavə edib ki, qəlyan çəkərkən nikotinin böyük dozası qısa müddətdə bədənə daxil olur. O xatırladıb ki, qəlyan çəkənlərdə nikotin asılılığı siqaretlə eyni şəkildə formalaşır.

