Moskvalı həkim-reabilitoloq və masajist Aleksandr Qoroxov bildirib ki, düzgün olmayan masaj texnikası xərçəngin inkişafına və ya infarkta səbəb ola bilər. Bu barədə KP.RU məlumat yayıb.
Onun sözlərinə görə, masajın təsiri bəzi hallarda xərçəng hüceyrələrinin yayılmasına gətirib çıxara bilər.
“Belə vəziyyətdə masaj, əslində, qan axınını artıraraq xərçəng hüceyrələrini ‘qidalandırır’. Nəticədə şiş sürətlə böyüməyə başlayır.”
Qoroxov qeyd edib ki, tibbi təhsili olan masajist ilk 2–3 seansdan sonra yaxşılaşma əvəzinə pisləşmə müşahidə edərsə, bunun normal olmadığını başa düşməlidir.

“Əgər ilk iki-üç seansdan sonra vəziyyət yaxşılaşmır, əksinə pisləşirsə — deməli, nəsə düzgün deyil.”
Həkim əlavə edib ki, masaj zamanı arteriyaların təsadüfən sıxılması oksigen çatışmazlığına səbəb ola bilər. Onun sözlərinə görə, başgicəllənmə və ya təzyiqin yüksəlməsi kimi əlamətlər artıq masajdan sonra ortaya çıxa bilər.

