Kardioloq Aurelio Roxas bildirib ki, bir çox insanın zərərsiz hesab etdiyi bir məhsul əslində ürək sağlamlığını pisləşdirir. Bu barədə Deia nəşri məlumat yayıb.
Həkimin sözlərinə görə, ketçupun istehsalı zamanı ona çox miqdarda şəkər və yüksək fruktozalı qarğıdalı siropu əlavə olunur. Bu isə orqanizmdə qlükoza və insulin səviyyəsinin kəskin artmasına, həmçinin ürəyə mənfi təsir edən xroniki iltihabın yaranmasına səbəb olur.

“Ketçup ədviyyə deyil, sadəcə pomidorla qarışdırılmış şəkərdir”, — deyə Aurelio Roxas vurğulayıb.
Bununla belə, o qeyd edib ki, bu məhsuldan tam imtina etmək mütləq deyil, lakin onun istifadəsini minimuma endirmək vacibdir.

Həkim əlavə edib ki, tərkibi daha da zəif olan barbekyu sousu da eyni səbəblərə görə zərərli hesab olunur.

