“Apelsin” ödəniş xidmətinin istehlakçı davranışları üzrə eksperti Yuliya Tarasova xərcləri azaltmaq və daha çox qənaət etmək üçün bir sıra məsləhətlər verib.
Ekspertin sözlərinə görə, ilk növbədə pulun əslində hara xərcləndiyini müəyyənləşdirmək lazımdır.
“Belə təhlil həyat keyfiyyətinə zərər vurmadan xərcləri azaltmağın mümkün olduğu kateqoriyaları müəyyən etməyə kömək edir”, – deyə Tarasova bildirib.
O, endirimli məhsul alarkən isə endirimin faizinə deyil, alış-verişin yekun məbləğinə diqqət yetirməyi tövsiyə edib.

Tarasovanın sözlərinə görə, kiçik, lakin tez-tez təkrarlanan xərcləri də təhlil etmək xüsusilə vacibdir.
“Buna görə də vaxtaşırı ayrı-ayrı alışların qiymətini deyil, vərdişin bir ay və ya bir il ərzində sizə neçəyə başa gəldiyini qiymətləndirmək faydalıdır”, – deyə ekspert qeyd edib.
Mütəxəssis həmçinin mövsümi məhsulları əvvəlcədən almağı məsləhət görüb. Məsələn, qış geyimlərini yaz və ya yay aylarında, məzuniyyət üçün lazım olan məhsulları isə payız və ya qışda almaq daha sərfəli ola bilər.

