Rusiyanın tanınmış aktrisası Lidiya Fedoseyeva-Şukşina ürək qan dövranının bərpası üçün təcili əməliyyata alınıb.
DenMedia.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat verib.
Məlumata görə, müayinə zamanı aktrisanın ürək əzələsinə kifayət qədər oksigen getmədiyi aşkarlanıb. Həkimlər damarların stentlənməsi əməliyyatı keçirməyə qərar veriblər. Cərrahi müdaxilə 1,5 saat davam edib və uğurla başa çatıb.
Hazırda Fedoseyeva-Şukşina xəstəxana palatasında bərpa olunur və həkimlərin nəzarətindədir.