İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda havanın temperaturu gecə 24–26 dərəcə, gündüz isə 29–33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 60–70 faiz, gündüz isə 50–55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, qısamüddətli intensiv leysan, şimşək və dolu ehtimalının olduğu bildirilir.
Bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək, şərq küləyi isə ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 21–26 dərəcə, gündüz 35–39 dərəcə isti, dağlarda isə gecə 15–20 dərəcə, gündüz 23–28 dərəcə isti olacaq.

