Bakının iki rayonunun bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, buna qaz kəmərinin yerinin dəyişdirilməsi və Qaz İxrac İdarəsi tərəfindən aparılan təmir işləri səbəb olub.
Bununla əlaqədar saat 10:00-dan etibarən Suraxanı rayonunun AB yaşayış massivində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaradağ rayonunda isə palçıq vulkanı yaxınlığındakı ərazidə saat 11:00-dan 13:00-dək qazın verilişində fasilə olacaq.

