Bakının iki rayonunda sentyabrın 28-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Buna səbəb elektrik avadanlıqlarında aparılacaq planlı təmir işləridir.
Yasamal rayonunda yerli enerji təchizatı idarəsinin transformator məntəqəsində təmir işləri görüləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələrində, Tbilisi prospektində, həmçinin 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Nizami rayonunda isə məhdudiyyət Keşlə qəsəbəsini əhatə edəcək. Saat 09:00-dan 15:00-dək Tahir Bədəlov və Məşədi Hilal Kazımov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bildirilib ki, texniki işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

