Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis arasında təkbətək görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə Azərbaycan–İsveçrə ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq gündəlikdə duran məsələlər, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə ediləcəyi gözlənilir.



