18 
okt
2023
18:47
319

Qobu Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib-FOTOLAR

18 okt, 2023
18:47
319

Qobu Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib-FOTOLAR

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Qobu Ailə Sağlamlıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə tibbi aksiya keçirilib. 

Bu barədə "Den.az"-a Abşeron rayon Mərkəzi xəstəxanasından bildirilib. 

Tibbi aksiyaya vətəndaşların yararlanması üçün uroloq, kardioloq, endokrinoloq,nevroloq, oftalmoloq, radioloq, cərrah, qastroentroloq ixtisası üzrə həkimlər cəlb edilib, ultrasəs(USM), elektorkardioqramm(EKQ), laboratoriya və s. kimi xidmətlərlər göstərilib.

Aksiyada qəsəbə sakini ixtisaslı həkimlərə müraciət edərək,  tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar. 










Bizimlə əlaqə saxlayın

Çox oxunanlar