Hollivud aktyoru Leonardo Di Kaprio ABŞ-ın Venesuelada apardığı əməliyyat fonunda aviareyslərə tətbiq edilən məhdudiyyətlər səbəbindən Palm-Springs Beynəlxalq Kino Festivalının qala-konsertində iştirak edə bilməyib. Bu barədə Variety yazıb.
Nəşrin məlumatına görə, Di Kaprio “Döyüş döyüşə qarşı” filmindəki roluna görə Desert Palm Achievement Award mükafatını almalı idi. Lakin o, Sen-Bartelemi adasını tərk edə bilməyib — bölgədə hava nəqliyyatına qoyulan məhdudiyyətlər buna imkan verməyib.
Bildirilib ki, Palm-Springs Beynəlxalq Hava Limanı X sosial şəbəkəsində yayımladığı açıqlamada Cənubi Kaliforniya hava məkanında ABŞ Federal Aviasiya Administrasiyasının qaydaları ilə bağlı texniki-prosedur problemi yarandığını təsdiqləyib.

