Sankt-Peterburqda iki nəfər aktrisa Kristina Kulişenkoya hücum edib. Hadisə axşam saat 21:00 radələrində Rimski-Korsakov küçəsində yerləşən London Pub barının yaxınlığında baş verib. Bu barədə REN TV mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, aktrisa həmin vaxt pabda gənc bir kişi və tanışı ilə birlikdə olub. Şirkət məkanı tərk etməyə hazırlaşarkən iki naməlum şəxs yaxınlaşıb. Kulişenkoya baş nahiyəsindən bir neçə zərbə endirilib. O, ətrafdakı insanlardan polis çağırmağı xahiş etməyə müvəffəq olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ehtimallara görə, münaqişə aktrisanın tanışının aqressiv davranışı zəminində yaranıb. Kristina Kulişenko Rusiya kino və televiziya sahəsində tanınmış aktrisadır. O, “Onegin”, “Dəniz şeytanları”, “Qosudar”, “Gizli taksi”, “Nevski”, “Birinci şöbə” və “Anna Nikolayevna” layihələrində rol alıb.
Axşam əyləncəsi faciəyə çevrildi – Kristina döyüldü
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

