81 yaşlı məşhur türkiyəli müğənni Orhan Gencebayın COVID-19 şübhəsi ilə xəstəxanada nəzarətə götürüldüyü barədə yayılan iddialara həyat yoldaşı Sevim Emre reaksiya verib.
O bildirib ki, məsələ şişirdilib və sənətçinin vəziyyəti yaxşıdır.

“Yoxlama məqsədilə xəstəxanaya belə gedə bilməyəcəyik? Orhan abiniz maşallah qala kimidir. Allah onu qorusun”, — deyə Sevim Emre açıqlamasında bildirib.
Qeyd edək ki, Orhan Gencebay bir neçə gün əvvəl başqa bir səbəblə də gündəmə gəlmişdi. O, cəmi 13 yaşı olan və ağır xəstəliklə mübarizə aparan bir uşağın müalicə xərclərini qarşılamaq üçün kolleksiyasındakı ən qiymətli musiqi alətlərindən birini satışa çıxardığını açıqlamışdı.

