Yeşilçamın unudulmaz simalarından Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə gündəmə gəlib.
Aktrisa Cihan Ünalın fotosuna “Vay, bu nə yaraşıqlılıqdır” sözlərini yazaraq keçmiş həyat yoldaşına kompliment edib.
Türkan Şorayın səmimi şərhi izləyicilərin diqqətini çəkib. İkilinin illər keçməsinə baxmayaraq, qarşılıqlı hörmətə əsaslanan münasibətlərini davam etdirdiyi qeyd olunub.

Türkan Şoray və Cihan Ünal 1983-cü ildə ailə qurub, 1987-ci ildə boşanıblar. Onların bu evlilikdən Yağmur Ünal adlı bir qızı var.
Şorayın keçmiş həyat yoldaşının paylaşımına etdiyi isti şərh sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.


