Abşeron rayonunun Fatmayı kəndində diqqətçəkən və nümunəvi bir hadisə baş verib.
DenMedia.az xəbər verir ki, kənd sakini, 68 yaşlı Şasif Allahverdiyev dünyasını dəyişmiş həyat yoldaşı Firəngiz Allahverdiyevanın ruhuna ehsan olaraq xeyirxah bir iş görüb.
Bu addım kənd sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb və alqışlanıb.
Qeyd edək ki, Fatmayı kəndində artıq 3 ildir ənənəvi ehsan mərasimləri ləğv olunub. Allahverdiyevlər ailəsi də bu qaydaya əməl edərək, mərasim əvəzinə kənd sakinlərinin rahatlığı üçün faydalı iş görməyi qərara alıb.
Ailənin 4 qız övladı da ataları ilə birlikdə bu təşəbbüsə dəstək verib. Onların sözlərinə görə, əsas məqsəd həm doğmalarının ruhuna dua etmək, həm də kənd əhalisinə gündəlik həyatda fayda verən bir xeyir işi gerçəkləşdirmək olub.
Kənd sakinləri bu təşəbbüsü yüksək qiymətləndirərək bildiriblər ki, vətəndaşların bu cür nümunəvi addımları həm birliyə, həm də xeyirxahlığa çağırışdır.
Ellada Rəsul
DenMedia.az