Bu rayonda şagirdlər elə bir şey etdilər ki, hər kəs ŞOK OLDU-VİDEO
8 Noyabr – Zəfər Günü münasibətilə Kürdəmir rayon Cabbar Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik dolu unudulmaz bir fləşmob həyata keçiriblər.
DenMedia.az xəbər verir ki, tədbirdə məktəbin 8–11-ci siniflərində təhsil alan 190 şagird bir araya gələrək, Azərbaycan bayrağını dalğalandırıb və “8 Noyabr” sözünü canlandırıblar.
Bu təsirli kompozisiya həm Vətənə olan dərin sevgi və qürur hissinin, həm də Zəfər Gününün xalqımız üçün daşıdığı müqəddəs mənanın rəmzinə çevrilib.
Fləşmobun təşəbbüskarı məktəb rəhbərliyi olub. Məqsəd şagirdlərdə milli ruhu, vətənə sədaqət hissini daha da gücləndirmək və xalqımızın tarixi qələbəsini gənc nəslə aşılamadır.
Məktəbin direktoru qeyd edib ki, belə tədbirlər gənclərin dövlətçilik ruhunda formalaşması, şəhidlərimizin xatirəsinə ehtiram və Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Qələbənin dəyərinin dərk olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda iştirakçılar “Qarabağ Azərbaycandır!” şüarını səsləndirərək, bayrağımızı ucaldıb. Həmin anlar məktəbin həyətində bayram ovqatı yaradıb, Zəfər Gününün coşqusunu bir daha yaşadıb.
Fləşmobdan hazırlanmış görüntüləri təqdim edirik — bu kadrlar Kürdəmir məktəblilərinin Vətənə olan sevgi və qürurunun bariz nümunəsidir.

